Yük avtomobili aşdı: 2 yaralı - Daşkəsəndə

Qəzalar 19 May 2018 18:13 Oxunub 567
Yük avtomobili aşdı: 2 yaralı - Daşkəsəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daşkəsəndə yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza rayonda yerləşən Qoşqar dağı ərazisində baş verib. Hərəkətdə olan “Ural” markalı yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Qəza nəticəsində yaralanan 1990-cı il təvəllüdlü  Zakir Cəfərov, 1978-ci il təvəllüdlü Tofiq İsmayılov  Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Onlara tibbi yardım göstərilib.  Xəsarət almış şəxslərdən  T.İsmayılovun vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh