Avtomobilə qarışıq benzin tökənlərə XƏBƏRDARLIQ - VİDEO

Yazarlar 19 May 2018 22:59 Oxunub 2976
Avtomobilə qarışıq benzin tökənlərə XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərdə benzinin qarışdırılıb tökülməsi nəticəsində problemlər yaranır

Sürücülər bəzən avtomobil yanacağı kimi müxtəlif növ benzinlərin qarışığından istifadə edirlər. Avtosfer.az xəbər verir ki, bu, mühərrikin işinə müsbət təsir göstərir. Amma ustalar bunun əksini iddia edir.

Bəzən sürücülər avtomobilə Aİ-92 və 95 markalı benzini qarışdıraraq tökür və bunun mühərrikin işləməsinə faydalı olduğunu düşünürlər.Bəzi sürücülər isə hər iki markalı benzinin qarışdıraraq istifadə edilməsinin avtomobilə ziyan vurdugunu bildirirlər. Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, müşahidələr göstərib ki, avtomobillərdə benzinin qarışdırılıb tökülməsi nəticəsində əksər hallarda mühərrik hissədə problemlər yaranıb. Ustanın sözlərinə görə, ümumilikdə yanacağın qarışdırılması əsas yeni istehsal olunan avtomobillərin mühərikinin ömrünü azaldır. Avtomobil mərhələli olaraq dartınma ilə işləyir və qara tüstü xaric edir.Köhnə avtomobillərdə isə bu problem bir neçə ildən sonra oraya çıxır və bunun qarşısının alınmasına da az xərc tələb olunur.

Ustalar istənilən halda tövsiyyə edirlər ki, bütün avtomobillərin yanacaq çəninin qapağında istesahlçı zavod tərəfindən ona uyğun benzinin markası yazılır. Sürücülər buna uyğun yanacaqdan istifadə etməlidirlər.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh