Dəmiryol  vağzalında təşviş

Gündəm 20 May 2018 00:16 Oxunub 591
Dəmiryol  vağzalında təşviş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarların hərəkəti bir müddətlik dayandırılıb

Fransanın Marsel şəhərində Sen-Şarl dəmiryolu vağzalı təxliyə edilib. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, təxliyəyə səbəb vağzalda şübhəli şəxsin saxlanılması olub.

Məlumata əsasən, vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıxı qurğu yoxdur.

Amma istehkamçılar çantanı yoxlayıblar. Qatarların hərəkəti bir müddətlik dayandırılıb.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh