"Ford Transit" yandı: xəsarət alanlar var

Qəzalar 20 May 2018 09:30 Oxunub 719
 "Ford Transit" yandı: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşlək halda olmayan avtomobilin qəflətən alışma səbəbi isə araşdırılır

 Gəncədə gecə saatlarında baş vermiş avtomobil yanğını zamanı bir nəfər yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında Mustafayev Mübariz Akif oğluna məxsus "Ford Transit" markalı avtomobil gecə saatlarında anidən alışıb. 

Evinin qarşısında saxlanılan yük avtomobilinin alışdığını bilən M.Mustafayev yanğına müdaxilə etmək istəyən zaman əl və üz nahiyəsindən yanıq xəsarətləri alıb. 

Alovlanan avtomobildən yaxınlıqda dayanan digər yük avtomobilin arxa hissəsində faralar alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb. "Ford Transit" markalı avtomobilin ön hissəsi tamamilə yandığından maşına ciddi ziyan dəyib. 

Yanıq xəsarətləri alan M.Mustafayev xəstəxanaya aparılıb və həkimlər tərəfindən ona tibbi yardım göstərilib. İşlək halda olmayan avtomobilin qəflətən alışma səbəbi isə araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh