"06" traktorla toqquşdu: ata öldü, oğul yaralandı

Qəzalar 20 May 2018 10:04 Oxunub 654
"06" traktorla toqquşdu: ata öldü, oğul yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qiyamədinli kəndində qeydə alınıb. Ağdam rayon sakini   Qəhrəmanov Qırımxan Qəhrəman oğlu idarə etdiyi 02 KX 819 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə hərəkətdə olan “Belarus” markalı traktorla toqquşub. Nəticədə minik  avtomobilinin sürücüsü Q.Qəhrəmanov hadisə yerində həyatını itirib, sərnişin Cavadov Rəşad İlqar oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb,  traktor sürücüsünün kimliyi araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh