Kürdəmirdə yol qəzası olub, yaralanan var

Qəzalar 20 May 2018 13:31 Oxunub 526
Kürdəmirdə yol qəzası olub, yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Bakı-Qazax avtomobil yolunda baş verib

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, qəza zamanı “Nissan” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan 1954-cü il təvəllüdlü sərnişin Allahverdiyev Sovet Salah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh