Şəkidə 23 yaşlı gənci maşın vurub

Qəzalar 20 May 2018 14:12 Oxunub 666
Şəkidə 23 yaşlı gənci maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib

Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif  Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri  ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində  marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Xəstəxanadan APA-ya Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh