Havay adalarında vulkan püskürüb: xəsarət alan var

Gündəm 20 May 2018 12:38 Oxunub 539
Havay adalarında vulkan püskürüb: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxınlıqdakı yaşayış məntəqələrindən 10 minə qədər insan evakuasiya edilib

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yerli sakin xəsarət alıb. Trend "Hawaii News Now" telekanalına istinadən xəbər verir ki, vulkanın lavası sakinə toxunub, nəticədə o xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, xəsarət alan püskürmə zamanı öz evinin eyvanında olub. Lava sıçrantısı onun ayağına ağır xəsarət yetirib. Qeyd edək ki, püskürməyə başlayan Kilauea vulkanının külləri 9 km hündürlüyə qədər yayılır. Ekspertlər vulkanın püskürməsinin bir neçə həftə davam edə biləcəyini söyləyirlər. Bundan əvvəl vulkanın püskürməsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən 10 minə qədər insan evakuasiya edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh