Yeniyetmə avtomobil ilə qəza törətdi: 3 nəfər xəsarət alıb - Tovuzda

Qəzalar 20 May 2018 16:31 Oxunub 793
Yeniyetmə avtomobil ilə qəza törətdi: 3 nəfər xəsarət alıb - Tovuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuzda iki minik avtomobili toqquşub, 3 nəfər alıb. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb. Tovuz şəhərində yeniyetmə - 2001-ci il təvəllüdlü Məmmədov Ravil Natiq oğlu valideyninə məxsus avtomobili idarə edən zaman idarəetməni itirib və avtomobil başqa bir minik avtomobili ilə toqquşub. Qəza zamanı 3 nəfər Əlibəyli kənd sakini - 1982-cil il təvəllüdlü Gülməmmədov İlqar Əmirxan oğlu, 1972-ci il təvəllüdlü  Qurbanova Mahirə Ənvər qızı və 1961-ci Mehdiyeva Surəyya Ənvər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Diaqnostika Mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh