Bakıda velosipedçidən təhlükəli hərəkət - VİDEO

Gündəm 20 May 2018 20:32 Oxunub 896
Bakıda velosipedçidən təhlükəli hərəkət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəli görüntülər paytaxtın Nobel prospektində qeydə alınıb

Beton qarışdıran maşının arxası ilə hərəkət edən velosipedçi anbaan onu izləyir. Velosipedçi yük maşınına yolun bəzi hissələrində o qədər yaxınlaşır ki, aralarında santimetrlə ölçüləcək məsafə yaranır. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, təhlükəli görüntülər paytaxtın ən işlək yollarından olan Nobel prospektində sürücülərin biri tərəfindən çəkilib.

Məlumata görə, velosipedçi yük maşınını prospektin sonuna qədər təqib edir.

Ekspert Azər Allahverənov deyir ki, qanunvericiliyə əsasən velosiped üçün yol nəzərdə tutulmadığı halda, velosipedçi yolun ancaq sağ kənarı ilə hərəkət edə bilər. Hətta sağ zolağın sol tərəfinə keçmək belə qayda pozuntusudur və buna görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub.

Azər Allahverənovun sözlərinə görə, beton qarışdıran maşının sürücüsü velosipedçini görmür. Belə olan halda isə ani tormozlonma ilə baş verəcək qəza qaçılmazdır.

Ekspert deyir ki, bəzi velosipedçilər öz həyatlarını təhlükəyə atmaqla yanaşı, belə əməllərlə velosiped idmanınına olan münasibətə mənfi təsir göstərir.

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh