Bakıda sərnişinlər həyatlarını təhlükəyə atdı - VİDEO

Qaydalar 20 May 2018 23:51 Oxunub 1529
Bakıda sərnişinlər həyatlarını təhlükəyə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qapısı açıq formada hərəkət edən avtobus sürücüləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər. Avtosfer.az xəbər verir ki, bu cür faktlar "Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda qeydə alınıb. Məlumata görə, marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər. Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücüləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh