Ağır qəza yenə can aldı - xəsarət alanlar var - VİDEO

Avtosfer TV 21 May 2018 01:01 Oxunub 1419
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qırımxan Qəhrəmanov idarə etdiyi avtomobillə hərəkətdə olan traktorla toqquşub

Ağcabədi rayonunun Qiyamədinli kəndində avtomobil traktorla toqquşub, nəticədə 1 nəfər ölüb. Avtosfer.az-ın məlumatına görə, Ağdam rayon sakini Qırımxan Qəhrəmanov idarə etdiyi avtomobillə hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Qırımxan Qəhrəmanov hadisə yerində dünyasını dəyişib, sərnişin Rəşad Cavadov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Gəncədə isə maşın yanıb, 1 nəfər yanıq xəsarətləri alıb. Yanğın şəhərin Nizami rayonunda baş verib. Evin həyətində gecə saatlarında avtomobilin mühərriki, salonu və iki ön təkərləri yanıb. Alov yaxınlıqda dayanmış yük avtomobilinə də ziyan vurub.

Yanğın zamanı alovu söndürmək istəyən 1 nəfər yanıq xəsarəti alıb. Avtomobillərin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh