Yük maşınından düşən görün hara dəydi - Zərəri kim ödəməlidir? - VİDEO

Yazarlar 21 May 2018 01:02 Oxunub 1950
Yük maşınından düşən görün hara dəydi - Zərəri kim ödəməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yükdaşıma qaydalarını pozaraq dağılma ehtimalı olan yükün üstünü bağlamayıb

Sürücü iddia edir ki, 10 MD 819 dövlət qeydiyyatlı ağır tonnajlı avtomobilin yük hissəsindən çıxan daş onun avtomobilinin alın şüşəsini sındırıb. Görüntülər ötən gün Şəmkirdə qeydə alınıb. Görüntülərdən açıq-aydın görünür ki, yük avtomobilinin sürücü yük daşıma qaydalarını pozaraq dağılma ehtimalı olan yükün üstünü bağlamayıb. Elə bu səbəbdən də hadisə baş verib. Bu fakt isə bir mövzunu gündəmə gətirir: bu kimi hallarda dəyən ziyanı kim ödəməlidir?

Hüquqşünas Asif Abdullayev deyir ki, bu halda həmin sürücü məsuliyyətə cəlb edilməlidir və dəyən ziyanı da o ödəməlidir. Bundan başqa, bu məsuliyyətsiz davranış, hətta sürücü və yaxud onun təmsil etidiy şirkət üçün cinayət məsuliyyəti də yarada bilər.

Qeyd edək ki, bu kimi hallara əsasən rayonlararası yollarda rast gəlinir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh