Avtomobil restoran binasına girdi – 2 ölü

Qəzalar 21 May 2018 10:34 Oxunub 575
Avtomobil restoran binasına girdi – 2 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxs saxlanılıb

ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "WSPA" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub. Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh