Şəkidə 23 yaşlı qadın itkin düşüb - FOTO

Gündəm 21 May 2018 14:32 Oxunub 785
Şəkidə 23 yaşlı qadın itkin düşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu tanıyanlardan və ya barəsində məlumatı olanlardan məlumat vermələri xahiş olunur

Şəkidə 23 yaşlı qadın itkin düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəki rayon sakini ,1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də evdən çıxıb və indiyənədək geri qayıtmayıb. İtkin düşən şəxsin boyu 150 sm, yumru sifətli, dolu bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-24-4-25-50 şəhər, ( 055 ) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh