Klassik avtomobillərin yürüşü keçirilib - FOTO

Avtodünya 21 May 2018 15:36 Oxunub 1738
Klassik avtomobillərin yürüşü keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stokholmda şahzadə Bertilə həsr olunmuş

Stokholmda şahzadə Bertilin xatirəsinə həsr olunmuş klassik avtomobil yürüşü keçirilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Stokholmun mərkəzində keçirilən yürüşdə böyük kolleksiya dəyəri olan 88-dən çox klassik avtomobil iştirak edib. Bundan əlavə, tədbirdə nadir motosikletlər, mopedlər, təcili yardım karetaları, polis avtomobilləri, müxtəlif illərin istehsallına aid yanğınsöndürən maşınlar, hərbi yük maşınları, İsveç monarxlarının limuzinləri, şəhər avtobusları, qayıqlar təqdim olunub. Şəhərin üzərində isə, eyni zamanda, nadir təyyarə və helikopterlər dövrə vurub.

Avtomobillər yürüşdən sonra İsveç paytaxtının parklarından birində tamaşaçıların qarşısında nümayiş etdirilib.

Daha sonra tədbirdə keçirilən müxtəlif gözəllik müsabiqələrində münsiflər iştirakçı avtomobillər arasından daha autentik və yaxşı saxlanılmış nümunəni seçiblər. Tədbir çərçivəsində klassik idman avtomobillərinin yarışması da keçirilib, qaliblər müəyyənləşdirilib. Qeyd edək ki, şahzadə Bertilin xatirəsinə həsr olunmuş klassik avtomobil yürüşü təkcə İsveçdə deyil, ölkə sərhədlərindən kənarda da populyardır. Avropanın bütün ölkələrindən avtomobil həvəskarları yürüşdə iştirak edirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh