Bakıda güclü partlayış: 2 ölü, 2 yaralı - VİDEO

Gündəm 21 May 2018 16:15 Oxunub 1054
Bakıda güclü partlayış: 2 ölü, 2 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib

Bakıda kafedə partlayış olub. APA-nın məlumatına görə, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

***

 Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayışla bağlı rəsmi məlumat yayıb. Avtosfer.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürən hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh