Xızıda maşın saxlamaq üstündə dostunu öldürən şəxs məhkəmədə ifadə verib

Gündəm 21 May 2018 16:27 Oxunub 667
Xızıda maşın saxlamaq üstündə dostunu öldürən şəxs məhkəmədə ifadə verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həmin zaman şokda idim, qorxduğum üçün qaçmışdım. Sonra özüm təslim olmuşam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib "Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesd dövlət ittihamçısı ittiham aktını elan edib İttihamda qeyd edilib ki, hadisə ötən il Xızı rayonunun Giləzi-Xızı yolunda baş verib. Belə ki, 38 yaşlı Vamiq Cəfərov avtoyumada maşınını saxlayıb. Onun 41 yaşlı dostu Qabil Məmmədov da həmin yerə gəlib və maşınını orada saxlayıb. Buna görə V.Cəfərov həmkəndlisinə irad bildirib, maşınını onun maşınından kənarda saxlasını istəyib. Q.Məmmədov isə bununla razılaşmayıb və onların aralarında mübahisə yaranıb. V.Cəfərov əsəbləşərək maşını ilə Q.Məmmədovun maşınına zərbə endirib və ərazidən uzaqlaşıb. Daha sonra Q.Məmmədov maşını ilə V.Cəfərovun arxasınca gedib. Yolda onlar maşınlarını yenə bir-birinə vurublar. Q.Məmmədov maşından düşərək V.Cəfərovun maşınına tərəf gedib, qapını açaraq ona bıçaqla zərbə endirib və oradan qaçıb. Bıçaq zərbəsi V.Cəfərovun ürək nahiyyəsinə dəyib. Q.Məmmədov hadisədən sonra Bakıya qaçıb. İki gün sonra isə saxlanılıb. Q.Məmmədov ilkin ifadəsində deyib ki, həmkəndlisi V.Cəfərovu ona ana-bacı söyüşü söydüyü üçün bıçaqlayıb. Elan olunmuş ittiham üzrə Q.Məmmədov özünü qismən təqsirli bilib. O deyib ki, V.Cəfərovun xətrini çox istəyib, hadisə zamanı da onu öldürmək istəməyib. Məhkəmədə məlum olub ki, Q.Məmmədovla mərhum V.Cəfərov uşaqlıq dostu olublar, həmçinin eyni hərbi hissədə çalışırmışlar Daha sonra Q.Məmmədov sərbəst ifadə verib. Hadisə barədə danışan təqsirləndirilən şəxs söyləyib ki, mübahisə maşını "moyka"da saxlamaq üstündə olub: "Öz maşını ilə mənim maşınımı vurub getdi. Mən də maşını onun arxasınca sürdüm, yolda ona çatdım. Dairədən dönəndə yenə maşınını döndərib, məni vurdu. Maşınlar dayananda düşüb ona tərəf getdim, söyüş söydü. Bu zaman avtomobildə dava etdik. Bıçağın ona necə dəydiyini bilmirəm. Vamiqi öldürmək niyyətim olmayıb". Q.Məmmədov bildirib ki, hadisə zamanı bıçaq V.Cəfərovun üstündə olub: "Onun əlindən almışam".

Mərhumun xanımı, hüquqi varis kimi tanınan Yeganə Cəfərova buna etiraz edib. O vurğulayıb ki, həyat yoldaşının üzərində bıçaq olmayıb. Təqsirləndirilən Məmmədov yalan danışmadığını deyib: "Yeganə, sən də məmim bacım. Bilirsən ki, onunla necə münasibətimiz olub. Onu öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam".

 

Q.Məmmədov hadisədən sonra qaçmasının səbəbini isə belə izah edib: "Həmin zaman şokda idim, qorxduğum üçün qaçmışdım. Sonra özüm təslim olmuşam".

Daha sonra məhkəmədə şahidlər dindirilib. Xatırladaq ki, Q.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (soyuq silah saxlama) maddələri ilə ittiham edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh