Xanım sürücü yolda hərəkəti iflic etdi - VİDEO

Gündəm 21 May 2018 22:45 Oxunub 919
Xanım sürücü yolda hərəkəti iflic etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyatın hərəkətində bir saata yaxın sıxlıq müşahidə olunub

Paytaxtda minik avtomobili magistral yolda nəqliyyatın hərəkətini iflic edib. Avtosfer.az “İnterpress.az”a istinadən  xəbər verir ki, hadisə Cavad xan küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan X-trail" markalı minik avtomobili yol hərəkəti qaydasını kobud şəkildə pozaraq nəqliyyatın hərəkətini iflic edib.

Bundan sonra yolda hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri avtomobillərindən düşərək qayda pozan sürücüyə öz etirazlarını bildiriblər.

Baş verən hadisə ilə əlaqədar olaraq, nəqliyyatın hərəkətində, təxminən, bir saata yaxın sıxlıq müşahidə olunub. 

Amma buna baxmayaraq hadisə yerinə DYP əməkdaşları cəlb olunmayıb.

Avtosfer.az

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh