"Audi"  "Mercedes-Benz" şirkətinə "ilişib"

Avtodünya 22 May 2018 09:04 Oxunub 3526
"Audi"  "Mercedes-Benz" şirkətinə "ilişib"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" nümayəndəli də borclu qalmayaraq cavab yazıb

Uzaq Cənubi Afrika Respublikasında Audi və Mercedes pərəstişkarları arasında qızğın deyişmə başlayıb. Buna səbəb Audi şirkətinin yerli nümayəndəliyinin əlinə keçmiş fotoşəkil olub.

Ehtirasların qızışmasına səbəb olan fotoşəkildə Mercedes-Benz şirkətinin reklam çarxının çəkiliş prosesi nümayiş etdirilib. Reklamın çəkilişləri Audi Q7 krossoverinin bazasında hazırlanmış avtomobil-kamera tərəfindən aparılıb. Əlbəttə ki, avtomobil xüsusi olaraq seçilməyib - cəlb edilmiş fotoqrafların bu iş üçün nəzərdə tutulan və əllərində olan avtomobildən istifadə ediblər. Lakin, Audi nümayəndələri şəkili sosial şəbəkələrdə yayaraq belə şərh veriblər: “Görünür ki, bizim dostlarımız - ən yaxşısı və ya heç nə, - həqiqətindən əmindirlər” (Sonuncu fraza Mercedes şirkətinin “Best of Nothing” şüarına işarədir).

Mercedes nümayəndəli də borclu qalmayaraq ertəsi gün həmkarlarına cavab yazıblar: "Əla cəhddir, Audi! Lakin, görünənlər səbəbsiz deyil - diqqət mərkəzində məhz bizik!". Bununla iki marka arasında söz dueli başa çatıb. Lakin, sosial şəbəkə istifadəçiləri təşəbbüsü ələ alaraq bu sahədəki müzakirələri davam etdiriblər. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh