"Tesla Model 3" sedanı tam çəkişli olacaq

Avtodünya 22 May 2018 09:57 Oxunub 1762
"Tesla Model 3" sedanı tam çəkişli olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Model 3 Performance 78 min dollardan başlayır

esla şirkətinin rəhbəri Elon Mask Model 3 sedanının tam çəkişli və “bərkgedən” Performance modifikasiyasının buraxılacağını bildirib. İlkin məlumata görə, yeni avtomobillərə sifarişlər gələn aydan qəbul edilməyə başlayacaqdır.

Adi sedandan fərqli olaraq tam çəkişli modifikasiya ön oxda yerləşdirilən əlavə elektromotorla təchiz ediləcəkdir. Bununla belə elektrik aqreqatlarının ümumi gücü açıqlanmayıb. Məlum olan elektromobilin sürətlənmə xarakteristikalarıdır.

60 mil/saat (96 km/saat) həddinə tamçəkişli sedan 4,5 saniyəyə sürətlənir. “Bərkgedən” Model 3 Performance isə bu işə 3,5 saniyə sərf edir. Xatırladaq ki, axradan çəkişli sedan üçün 60 mil/saat həddinə sürətlənməyə 5,6 saniyə gərəkdir.

Elektromobillərin maksimal sürəti də fərqlidir. Baza variantının maksimalı sürəti 209 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Tam çəkişli Model 3 – 225 km/saata, Performance modifikasiyası isə 249 km/saata qədər sürətlənmək imkanına malikdir. Model 3 sedanının bəyan edilən yürüş ehtiyatı 499 kilometrdir. Üstəlik, elektromobilin adi Long Range verisiyası üçün tam çəkiş sistemini beş min dollara sifariş etmək olar.

Tesla Model 3 AWD modelinin qiyməti 54 min, Model 3 Performance isə 78 min dollardan başlayır. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh