Gənc qız boğazına bıçaqla xəsarət yetirib

Gündəm 22 May 2018 10:38 Oxunub 551
Gənc qız boğazına bıçaqla xəsarət yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Səbail rayonunda baş verib

Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi olub. “Report” xəbər verir ki, 20-ci sahə kimi tanınan ərazidə yaşayan 1991-ci il təvəllüdlü Süleymanova Dürdanə Fərrux qızı boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaxınları onun yıxıldığını desələr də, yaralı əməliyyatdan sonra boğazına bıçaq xəsarətini özü yetirdiyini bildirib. Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib. D.Süleymanovanın hansı şəraitdə bıçaq xəsarəti aldığı araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh