Saatlı sakininin evində silah sandığı aşkarlandı

Gündəm 22 May 2018 11:10 Oxunub 921
Saatlı sakininin evində silah sandığı aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır

Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.

 

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh