Lənkəranda "07" "Kamaz"la toqquşdu: 3 yaralı - FOTO-VİDEO

Qəzalar 22 May 2018 11:39 Oxunub 1664
Lənkəranda "07" "Kamaz"la toqquşdu: 3 yaralı - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan birinin boğaz nayihəsi kəsilib

Lənkəranda "VAZ 2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Hadisə Ələt- Astara magistralının Lənkəran rayonunun Bürcəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılardan birinin boğaz nayihəsi kəsilib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. Rayonun Bürcəli kəndi ərazsində, 90-NE-057 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil 01-BE-732 dövlət qeydiyyat nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "07"-də olan sürücü və sərnişinlər - rayonun Bürcəli kənd sakinləri, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev, 1992-ci il təvəllüdlü Elnur Baləddin oğlu Sovqatov və rayonun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onlardan 2-si - A.Feyziyev və E.Sovqatov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh