Avtomobillə gələn şəxsdən qanunsuz mobil telefon aşkarlanıb - FOTO

Gündəm 22 May 2018 11:44 Oxunub 946
Avtomobillə gələn şəxsdən qanunsuz mobil telefon aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, vətəndaşın üzərindəki kəmərinin altında gömrük nəzarətindən gizlədilmiş "Samsung Galaxy J3" markalı 4 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh