İmişlidə çökən yol yenidən qurulur - FOTO + VİDEO

Gündəm 22 May 2018 14:07 Oxunub 1425
İmişlidə çökən yol yenidən qurulur - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 26 mindən artıq əhalisinin ürəyincə olub

İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 14 km olan İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulması 7 yaşayış məntəqəsinin 26 mindən artıq əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

Layihə çərçivəsində yol boyu 26 min kub.m həcmdə deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə 36 min kub m. həcmdə yararlı qrunt tökülərək yayılıb kipləşdirilməklə yeni yol yatağı inşa olunub. Hazırda yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Bu işlər 120 min kv.m ərazini əhatə edir. Bunun üçün 30 sm qalınlıqda qum-çınqıl və 16 sm qalınlıqda optimal-qırmadaş qarışıqlarından istifadə olunur.

Yol əsası hazır olan hissələrdə isə artıq asfaltlanma işlərinə başlanılıb. 7 sm qalınqlıqda iri dənəli və 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından istifadə olunmaqla yolun 84 min kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları dağılmış olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranıb. Məhz bu məqsədlə yol boyu 300, 500 və 1000 mm diametrli 314 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, həmçinin 52 kv.m körpü məhəccəri sıradan çıxdığı üçün yeniləri ilə əvəz olunur.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 110 ədəd yol nişanı, 14 ədəd km göstəricisi, 560 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 km uzunluğunda üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 5 ədəd avtobus dayanacağı inşa ediləcək.

İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh