Beyləqanda ağır qəza: Hərbçi və onun qaynı öldü

Qəzalar 22 May 2018 15:05 Oxunub 876
Beyləqanda ağır qəza: Hərbçi və onun qaynı öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb

Bakıdan Beyləqana gedən “Mercedes” markalı avtomobil qəzaya düşüb. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki “Mercedes” markalı 42-CA -252 dövlət nömrə nişanlı avtomobil Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində ağır qəza keçirib. Nəticədə iki nəfər dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişənlərdən birinin Murad Muradov olduğu bəllidir və digərinin isə onun yaxını olduğu bildirilir.

"Report"un verdiyi məlumata görə, hadisə Horadiz-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1992-ci təvəllüdlü Toğrul Babayev və sərnişin, 1989-cu il təvəllüdlü Murad Muradov hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, avtomobili idarə edən şəxs gizir rütbəli hərbçidir. Dünyasını dəyişən digər şəxs isə onun qaynıdır.

Faktla bağlı rayon polsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh