Mağazadan 13 mobil telefon oğurlayan şəxs tutuldu - Ağcabədidə

Gündəm 22 May 2018 15:08 Oxunub 563
Mağazadan 13 mobil telefon oğurlayan şəxs tutuldu - Ağcabədidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb.

Ağcabədi RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh