Yük maşınının 140-la sürən sürücü tapılıb cərimələndi – VİDEO

Qaydalar 22 May 2018 16:12 Oxunub 1786
Yük maşınının 140-la sürən sürücü tapılıb cərimələndi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP onun barəsində inzibati protokol tərdib edib

Yük avtomobilinin sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Yük maşınları üçün sürət saatda 70 km nəzərdə tutulsa da, bu yük maşını 140-la hərəkət edir. Avtomobillərin sıx hərəkət etdiyi yolda sürücü elə həmin sürətlə ötmə və dönmə əməliyyatları edir. Həyəcan dolu kadrlar Ələt-Astara magistralında başqa bir sürücü tərəfindən çəkilib. Kadrlardan aydın olur ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanı 99-CJ-883-dür.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və sürücünün Qurbanov Alim Gülağa oğlu olduğu müəyyən edilib. DYP onun barəsində inzibati protokol tərdib edib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh