Şiddətli istilər 65 nəfəri öldürdü

Gündəm 22 May 2018 16:34 Oxunub 614
Şiddətli istilər 65 nəfəri öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu

Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır. Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir. Qeyd olunur ki, Ramazan ayı davam etsə də, şəhər rəhbərliyi sakinləri çoxlu su içməyə və evdən çıxmamağa çağırır. Xatırladaq ki, 2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh