Qəza törədən sürücülərin ŞOK YALANLARI

Yazarlar 23 May 2018 13:04 Oxunub 1962
Qəza törədən sürücülərin ŞOK YALANLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu bəhanələrin heç biri sizi xilas etməyəcək

Yol-nəqliyyat hadisəsinin əsl səbəbini sürücü qəzadan sonra maşından düşən kimi deyir. Şokda olur deyə hər şeyi düz danışır. Elə ki, sonradan görür vəziyyət qəlizdir, başlayır nala-mıxa vurmağa. Amma ən düzgün sözlər hadsənin ilk anlarında deyilir. Ondan sonrası nağıldır. Fikir vermisinizsə, qəzadan sonra sürücülər adətən belə deyir;

- Yorğun idim

- Fikirli idim

- Görmədim

- Yuxulamışdım

- Burada hamı belə edir

- Biraz "vurmuşdum"...

- Mən qayda pozurdum, sənə nə olmuşdu?

- Elə bildim yol mənimdir.

Hadisədən bir neçə saat sonra başa düşəndə ki, “zibilə düşüb”, o zaman sürücülər belə deyir:

- Nə qədər tormoz verdim, siqnal verdim, gördüm yenə gəlir, vurdum.

- İçib maşın sürənin balası ölsün.

- Mən ona yol verdim, amma yenə məni vurdu

- Burda nişanı təzə qoyublar, yol mənim idi.

- O bir saniyə gözləsəydi belə olmazdı.

- Evdə xəstəm var

- Maşında xəstə var idi, həkimə tələsirdim.

- Anam xəstədi, ora gedirdim

- Yasımız düşmüşdü, ora gedirdik

- Uşaq xəstədir, təcili dərman aparırdım...

Bu yalanlar çox asanlıqla üzə çıxır. Çünki bu cür sürücülərin türklər demiş “duyğu sömürüsü”nü kameralar aşkara çıxarır. O zaman isə sürücüyə ancaq başını aşağı salmaq qalır.

Odur ki, bu bəhanələrin heç biri sizi xilas etməyəcək. Xilasınız öz əlinizdədir, qaydalara əməl edin...

 

Elməddin Muradlı

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh