Kürdəmirdə avtomobil aşdı

Qəzalar 22 May 2018 20:21 Oxunub 620
Kürdəmirdə avtomobil aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 203-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində Kürdəmir rayonunun Karrar kənd sakini, 1991-cı il təvəllüdlü Elvin Şəmsəddin oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü E. Əliyev və sərnişini 1994-cü il təvəllüdlü Ceyhun Akif oğlu Bayramlı müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.

 

 

Avtosfer.az

 

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh