Avtomobil sərxoş piyadanı vurub

Gündəm 22 May 2018 22:17 Oxunub 704
Avtomobil sərxoş piyadanı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh