"Gəzən soyuducu"lara tələbat artıb - VİDEO

Avtosfer TV 22 May 2018 22:57 Oxunub 1563
"Gəzən soyuducu"lara tələbat artıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İçkilərin sərin saxlanılması üçün bu soyuduclar kəndlərdə əvəzsiz vasitəyə çevrilib

Rayonlarında "gəzən soyuducu"lara tələbat artıb. Avtosfer.azbər verir ki, havanın isti keçməsi toy və digər mərasimlər zamanı müxtəlif salatların, ət məhsullarının xarab olmasına səbəb olur. Bu zaman "gəzən soyuducu"lar problemi aradan qaldırır. Goranboyda bu qurğular vasitəsi ilə 300, 500, hətta 1000 qonağı olan məclisləri rahat təşkil etmək mümkündür. Kiçik qoşqu üzərində quraşdırlan soyuducular istənilən məkana daşınır. Qurğu istifadəçinin istəyinə uyğun -8,-10 dərəcə tempuraturda məhsulları dondura bilir. Soyuducunun tutumundan, aparıldığı məsafədən asılı olaraq kirayə qiymətləri 50-100 manat arasında dəyişir. Yerli sakinlər də, xidmətə görə qiymətlərin sərfəli olduğunu deyirlər. Daha çox içkilərin sərin saxlanılması üçün "gəzən soyuduclar" kəndlərdə əvəzsiz vasitəyə çevrilib.

Bölgələrdə məclislər daha çox günorta saatlarında başladığından soyuduclara tələbat yayda daha çox olur. 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh