İsti 65 nəfərin ölümünə səbəb oldu

Gündəm 22 May 2018 23:51 Oxunub 718
İsti 65 nəfərin ölümünə səbəb oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölüm halları son 3 gün ərzində baş verib

Pakistanın Kəraçi şəhərində davam edən anomal istilər 65 nəfərin həyatına son qoyub. Avtosfer.az  xəbər verir ki, ölüm hallarının son 3 gün ərzində baş verdiyi bildirilib.

Məlumata görə, ölüm hallarının sürətlə artması insanların vaxtında həkimə müraciət etməməsindən, şəhərin enerji ilə tam təminatında yaranan problemdən və ramazanla bağlı, insanların su və qidadan gün ərzində istifadə etməməsindən qaynaqlanıb.

Sinoptiklər şiddətli istilərin daha bir neçə gün davam edəcəyini vurğulayır.

 

Avtosfer.az

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh