Gənc ananın tapdığı üsul minlərlə insana kömək oldu - Foto

Maraqlı 23 May 2018 00:19 Oxunub 2038
Gənc ananın tapdığı üsul minlərlə insana kömək oldu - Foto
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Leenin tapdığı bu üsul minlərlə paylaşım alıb

Xəstə bir uşağa sahib olmaq kifayət qədər çətindir. Hərarətli bir uşağa dərman vermək də asan bir iş deyil. Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, dərmanların dözülməz dadları səbəbi ilə uşaqlara dərman vermək xüsusi bir zəhmət tələb edir.

Hər ana kimi Amerikada yaşayan Helena Lee də uşağına dərman içirmək üçün çətinlik çəkirdi. Amma ağlına gələn bu üsul özünü və bütün anaları bu çətinlikdən xilas etməyə kömək edib.

Uşaq butulkasının ucunu kəsən və kəsilmiş hissəyə də dərman şprisini yerləşdirən Leenin tapdığı bu üsul minlərlə paylaşım alıb. Lee fotoları “ziyan yox, göz yaşı yox” sözləri ilə paylaşıb.

Amerika Pediatriya Akademiyası tərəfindən edilən bir anketdə uşaq həkimləri xəstələrinin təxminən 25 faizinin dərmanları içmədiyini deyib. Bu da uşaqların sağalma müddətini çoxaldır.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh