“BakuBus” avtobusun vurduğu piyadanı xəstəxanaya yerləşdirib

Qəzalar 23 May 2018 16:26 Oxunub 745
“BakuBus” avtobusun vurduğu piyadanı xəstəxanaya yerləşdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Mayın 22-də, saat 23.30 radələrində Bakının Nərimanov rayonunun Təbriz küçəsində piyada gözlənilmədən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib.  Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.  Məlumatda deyilir ki, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. "Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh