"Rəis dedi, arxamca "protiv" sür" - Bakıda jurnalistin başına gələnlər

Yol polisi 23 May 2018 17:55 Oxunub 3419
"Rəis dedi, arxamca "protiv" sür" - Bakıda jurnalistin başına gələnlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Maşın düz yolun ortasında söndü. 5-6 yol polisi gəldi...”

Jurnalist Bahadur Seyidov öz şəxsi Facebook səhifəsində yol polisləri ilə bağlı maraqlı əhvalat yazıb. Avtosfer.az həmin statusu olduğu kimi təqdim edir: "Maşın qızdırdı. Düz yolun ortasında söndü. 5-6 yol polisi gəldi. Dedim, yəqin cərimə edəcəklər, ya da nəsə deyəcəklər. Gəlib, maşını itələyib kənara çıxardılar. Su gətirdi biri. Suyunu dəyişdilər. Biri qollarını çırmalayıb kapotu açdı. Xeyli işlədi maşının üstündə. Sonra maşını xoda saldılar. Axırda rəis gəldi. Dedi, “protiv” sür arxamca. Apardı öz ustamın yanına qədər. Kim olduğumu bilmədən. Heç adımı da soruşmadılar, getdilər.

Bu ölkənin yaxşısı da, pisi də bizimdir. Amma deyəsən, mənə daha çox yaxşı adamlar rast gəlir. Qürur duydum polislərimizlə, 28 May haqqı!".

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh