Polis İdarəsinin qonağı şagirdlər oldu - FOTO

Yol polisi 23 May 2018 17:57 Oxunub 1273
Polis İdarəsinin qonağı şagirdlər oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis öz üzərinə düşən vəzifələri yerinə yetirir, cəmiyyət də aktiv olmalıdır

Yenə də qələbəlik idi. Xətai Rayon Polis İdarəsi növbəti dəfə yeniyetmələri qarşılayırdı. Artıq ənənə halını almış əhəmiyyəti ilə fərqlənən belə görüşlər şagirdlərin də ürəyincədir. Öz effektini verməyə başlayır. Yeniyetmə və gənclər arasında cinayətkarlığın azalması cinayətkarlıqla mübarizədə prioritet məsələlərdən biridir. Məhz bunu nəzərə alan Xətai RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev şagirdlərlə, yeniyetmələrlə bu istiqamətdə tədbirlərin davam etməsinə daha ciddi yanaşır. Biz gələcəyimizi xilas etməyə borcluyuq, onların gələcəyi bizdən asılı olduğu kimi bizim də gələcəyimiz onlardan asılıdır. Polislər vaxtaşırı şagirdləri maarifləndirərək hüquq-mühafizə orqanlarının adının onlarda yaratdığı qorxu hissini ürəyindən çıxarmağa, əvəzində isə onları polisin xilaskarlıq missiyası ilə tanış edərək qarşılıqlı əlaqələrin, qarşılıqlı etimadın cəmiyyətin ümumi təhlükəsizliyinə verdiyi töhvəni təqdim etməyə çalışırlar. 

Növbəti dəfə keçirilən belə görüşlərdən biri Xətai rayonu 95 nömrəli tam orta məktəbin şagirdləri ilə oldu. Polis rəisi M.Babayev şagirdləri İdarənin həyətində qarşıladı. Qısa səmimi söhbətdən sonra İdarənin inzibati binası ilə tanışlıq başladı. Əvvəlcə Növbətçi hissə, sonra digər xidməti otaqları gəzdilər. Nəhayət rəisin otağında söhbət davam etdi. Şagirdlər gördülər ki, polisdə cəmiyyətin təhlükəsizliyi üçün gecəli-gündüzlü iş gedir, polis əməkdaşları fədakar xidmətdədirlər. Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları vaxtaşırı belə görüşlərdə məktəblilərin təhlükəsizliyi üçün dəyərli işlər görülür, onlara xüsusilə narkomaniyaya, erkən nikahlara, dini radikalizmə, bütün bəşəriyyəti təhdid edən məsələlərə qarşı maarifləndirmə tədbirləri keçirirlər.

Günümüzün aktual problemləri olan bu mövzular barədə təkcə şagirdlər yox, böyüklər də maariflənməlidirlər. Cəmiyyəti təhdid edən bu problemlər birgə mübarizə tələb edir. Polis öz üzərinə düşən vəzifələri yerinə yetirir, cəmiyyət də bu mübarizədə aktiv mövqe sərgiləməlidir.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh