Ölümlə üz-üzə qalan 80 yaşlı kişini polislər xilas etdi - VİDEO

Yol polisi 24 May 2018 00:51 Oxunub 1665
Ölümlə üz-üzə qalan 80 yaşlı kişini polislər xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Balıq tutarkən suya düşən yaşlı kişi ölümdən dönüb

Bərdədə 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb. Avtosfer.az-ın məlumatına görə, kanala düşən yaşlı kişi 24 saat suda qalıb. Hadisə Bərdə rayonunun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib. Rayon sakini 80 yaşlı Göyüş Əliyev ötən gün həmin kanalda balıq tutmaq istəyib. Qəfildən onun ayağı sürəşərək suya düşüb. Suda carəsiz vəziyədə qalan kişi 1 gündən artıq mübarizə aparıb. Suyun axarı güclü olduğundan yaşlı kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb. 80 yaşlı kişi sudan cıxmaq istəsə də bunu bacarmayıb və bir koldan tutaraq orada qalıb. Ərazidə xidmət aparan Bərdə rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.

Sudan cıxarılan kişi dərah təcili tibbi yardım maşını ilə xəstəxanaya catdırılıb. Yaşlı kişinin səhətində ciddi problem yaranıb. Əllərini kol-kos yaralayıb. Hər iki ayağından isə balıq dişləyərək xəsarət yetirib. Hazırda kişinin vəziyəti kafi olaraq qalır və ev şəraitində müalicəsini davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh