Bakıda biabırçılıq – Parkinqi kafeyə çevirdilər - FOTOLAR

Xəbərlər 24 May 2018 01:10 Oxunub 3008
Bakıda biabırçılıq – Parkinqi kafeyə çevirdilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun ortasında müştərilərə dönər, sərin içkilər və çay-kofe verilir

Bakının mərkəzində özbaşınalıq edilib. Oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, axşam saatlarında Səbail rayonu, Rəsul Rza küçəsində - “Xəqani” TM-dən üzü Fransa səfirliyinə tərəf istiqamətdə avtomobillərin park edilməsi üçün nəzərdə tutulan ərazidə kafe açıblar. Fotolardan da aydın olur ki, parkin ərazisinə stol-stul və dibçəklər qoyaraq mini kafe yaradıblar. Üzbəüzdə dönərxana fəaliyyət göstərdiyi üçün həmin masalarda müştərilərə dönər, sərin içkilər və çay-kofe verilir. Ərazidə yaşayan sakinlər və avtomobil sahibləri bundan çox narahat olublar.

Sakinlər bildirib ki, həmin dönərxananın yanındakı digər dönərxananın sahibi bundan əvvəl binanın girişinin yarısını kəsərək obyekt açıb. Hazırda dönərxananın sökülməsi üçün sakinlər məhkəməyə üz tutub və proses apelyasiya instansiyasındadır. Sakinlər deyir ki, dönərxana açılandan sonra həyətdə, evdə qoxudan dayanmaq olmur. Bundan əlavə, “arka”dan həyətə keçmək çətinləşib. Digər tərəfdən, ərazidə yanğın baş versə və ya kiminsə evində ağır xəstə olsa həyətə avtomobillər daxil olmaq mümkün deyil. Hazırda həmin “arka”dan bir nəfər güclə keçə bilir. Hansı ki, vaxtilə oradan maşın keçirmiş...

Sakinlər məsələ ilə bağlı icra və hüquq-mühafizə orqanlarından kömək istəyir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh