“İst Petrol"-un benzindaşıyan maşını yolda ölüm şousu göstərdi – VİDEO

Avtoreyd 24 May 2018 01:18 Oxunub 5114
“İst Petrol"-un benzindaşıyan maşını yolda ölüm şousu göstərdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü sürət həddini aşır, təhlükəli manevrlər edir və piyadalara yol vermir

Mayın 23-də Bakı-Sumqayıt yolunda "İst Petrol"-a məxsus 90-JJ-550 qeydiyyat nişanlı (qoşqusu isə 10-ZH-550 qeydiyyat nişanlı olan) yanacaq daşıyan yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozaraq təhlükəli şəraitdə hərəkət edib. Avtosfer.az xəbər verir ki, 3.5 tondan artıq olan yük avtomobilləri üçün 70 km/saat sürət təşkil edilmiş yolda həmin sürücü 90 km/saat sürətdən artıq hərəkət edib. Sürücü eyni zamanda yolun hərəkət hissəsində yerləşmə qaydasını da pozub. Bundan sonra o, piyada keçidində hərəkət edən piyadalara da yol verməyib. Sürücü özündən başqa digər hərəkət iştirakçılarının da təhlükəsizliyini nəzərə almadan hərəkət edib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh