Bakıda qeyri-adi hadisə - Nəsimi DYP “avtoş”u saxlamadı - VİDEO

Xəbərlər 29 May 2018 12:11 Oxunub 8627
Bakıda qeyri-adi hadisə - Nəsimi DYP “avtoş”u saxlamadı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“07” arxa və qabaq faraları, bamperi yerində deyil, ön hissə 10 barmaq qalxıb...

Bakıda “Memar Əcəmi” metrosunun yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan, gecə-gündüz həmin ərazidə yaşayan sakinlərin dincliyini pozan 90-OP-027 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsünə YPX əməkdaşları göz yumur. Bu barədə Avtosfer.az-a həmin ərazidə yaşayanlar məlumat verib. Onlar bildirir ki, həmin avtomobil istismara yararsızdır. Avtomobilin ön asqılarına müdaxilə olunaraq qabağı qaldırılıb, ön farası və bamperi çıxarılıb. Avtomobil birbaşa təhlükə mənbəyidir. Lakin həmin ərazidə xidmət aparan Nəsimi rayon DYP Şöbəsinin 99-YP-272 qeydiyyat nişanlı patrul avtomobilindəki əməkdaşlar həmin avtomobilin sürücüsünün hərəkətlərinə göz yumurlar. Onlar aşkar şəkildə qayda pozan sürücünün yanında xidmət aparırlar, lakin ona qarşı heç bir tədbir görmürlər. Bu isə hamını narahat edir. Deyilənlər videoda öz əksini tapır. 

Sakinlərin sözlərinə görə, həmin sürücü gecələr avtomobilin maqnitofonuna yüksək səs verərək əl əyləcindən istifadə edib yolda oyun çıxarır. Bu isə həm təhlükədir, həm də əhalinin dincliyini pozur.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh