Yük avtomobili məktəbli avtobusuna çırpıldı – 20 yaralı

Qəzalar 24 May 2018 10:37 Oxunub 498
Yük avtomobili məktəbli avtobusuna çırpıldı – 20 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Viskonsin ştatında baş verib

ABŞ-da yük avtomobili məktəbli avtobusu ilə toqquşub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, hadisə Viskonsin ştatında baş verib. Qəza zamanı 20 nəfər xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin xəsarəti ağırdır. Polis nümayəndəsinin sözlərinə görə, qəzadan əvvəl yük avtomobilinin nəqliyyat vasitəsini qeyri-adekvat idarə etməsi barədə xəbər daxil olub. Avtobus nasazlıq səbəbindən yolun kənarında dayanıb. Onun salonunda ümumilikdə 33 nəfər olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh