Bakıda qız nişan mərasimindən 1 gün sonra yol qəzasında xəsarət alıb

Qəzalar 24 May 2018 10:38 Oxunub 796
Bakıda qız nişan mərasimindən 1 gün sonra yol qəzasında xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Yusif Səfərov küçəsində Heydər Əliyev prospektinin keçid hissəsindən "Excelsior" otelə tərəf keçən 1986-cı il təvəllüdlü Babayeva Təsmurə Mirvəzir qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Qeyd edək ki, hadisədən bir gün əvvəl T.Babayevanın nişan mərasimi keçirilib. Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh