Qazaxda avtomobil qəzası olub, yaralılar var

Qəzalar 24 May 2018 10:40 Oxunub 699
Qazaxda avtomobil qəzası olub, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

 

Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. "Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı Qazax rayon sakinləri - 1964-cü il təvəllüdlü Gülzada Eldar qızı İsmayılova, 1997-ci il təvəllüdlü Asəf Eyvaz oğlu Əliyev və  1967 -cil ul təvəllüdlü Aləmzər İmran qızı Hüseynəliyeva ağır bədən xəsarətləri alıb.

***8:49

Qazax rayonunda avtomobil qəzası baş verib. "Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ürkməzli yolunda qeydə alınıb. İlkin məlumata görə, " VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların kimlikləri müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh