Bu sürücü deyil, sadəcə sükan tutub - VIDEO

Avtosfer TV 9 İyun 2018 20:34 Oxunub 4221
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəbərdarlıq etsə də buna məhəl qoymur

Yolda özünə "yer tapa bilməyən" sürücülər az deyil. Bəzən sağdan və soldan ötmə edərək manevr qaydalarını kobud şəkildə pozur. Nəticədə özü və digər sürücülər üçün də təhlükə yaradır. 

Sosial şəbəkələrdə Kənan Dalğa adlı istifadəçi bu tip sürücünün hərəkətlərindən DYP rəhbərliyinə də şikayət edib. O paylaşdığı statusda bildirib ki, mayın 22-si, axşam saat 7 radələrində Yasamal rayon polis idarəsinin qarşısından üzü Qələbə dairəsi istiqamətində gedən yolda analoji hadisə baş verib. Belə ki, 90 UA 711 dövlət nömrə nişanlı, "Nissan" markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozur. Videodan da göründüyü kimi digər sürücü ilk dəfə xəbərdarlıq etsə də buna məhəl qoymayan sürücü ötmə edir. Avtosfer.az sözügedən videonu təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh