"Gelandewagen"in sahibi parkinqdə yerə üstündə kişinin başını yardı – FOTO
Oxucu məktubları 24 May 2018 14:55 6412 dəfə oxunub
"Gelandewagen"in sahibi parkinqdə yerə üstündə kişinin başını yardı – FOTO
Onu döyən Anarın 3 maşını var, atası məmur olub

... Reanimasiya palatasının səssizliyini tibbi avadanlıqların siqnalları ilə pozulur. Diqqətlə qulas asdıqda sakitcə dua və səssiz xahişlər eşidirsən. Bunu çarpayıda hərəkətsiz uzanan kişinin qulağına onun həyat yoldaşı pıçıldayır. "Bizi buraxma, eşidirsən, sən bizə lazımsan, mənə, uşaqlara, doğmalarına. Biz hamımız səni sevirik”...

Fərhad Ağayev reanimasiyada

Bakının 33 yaşlı sakini Fərhad Ağayev bilmirdi ki, şənbə gecəsi onun həyatında dərin iz buraxacaq. O, gənc, sevimli həyat yoldaşı, üç övladın atası düşünmürdü ki, mayın 20-də qonşusu avtodayanacaqda yerə görə onu reanimasiyaya göndəcək və həkimlər də onun həyatını xilas etməyə çalışacaq. 1news.az redaksiyasına Fərhad ağayevin qohumları müraciət edərək, baş verən dəhşətli hadisənin bütün təfərrüatlarını bölüşüblər.

Zərərçəkmiş Fərhad Ağayev

...Qohumlarının sözlərinə görə, F.Ağayev ailəsilə birlikdə akademik Həsən Əliyev küçəsi 1061-cı məhəllə ünvanına 10 il öncə köçüblər. Bütün bu illər ərzində o, maşının həmişə eyni yerdə saxlayıb. Həmin yer yaşayış kompleksinin komendantı tərəfindən də təsdiqlənib. Bir neçə il öncə qonşu binaya Mehdiyevlər ailəsi köçür. Ailənin yeganə oğlu Anar Yaşar oğlu Mehdiyev Fərhadı park yerindən sıxışdırmağa çalışır. "Anar Mehdiyev ailənin yeganə oğlu olduğu üçün düşünür ki, o hər şey edə bilər, ona hər şey etməyə icazə verilib. İşləmir, bütün günü küçədədir, içir, qeyri-adekvat və aqressiv xarakterli insandır. Anası dövlət doğum evində ginekoloq, atası isə əvvəllər məmur olub, hazırda isə təqaüdçüdür. Anarın 3 maşını var. Qardaşım maşın saxladığı yerdə 2 qarajı da var. Üçüncü maşınını saxlaması üçün parklanma yeri də var. Lakin Anar gələn kimi Fərhadı sıxışdırmağa çalışırdı. Açıq surətdə qardaşıma deyirdi ki, ona məhz həmin yer lazımdır. Ona Mercedes-Benz Gelandewagen (90-DZ-003 dövlət nömrə nişanlı) alıblar və o, açıq surətdə qardaşımı yerindən sıxışdırmağa çalışırdı.

 

Anar Mehdiyev və avtomobil

 

Anar yaşayış kompleksinin rəhbərliyinə xəbərdarlıq etmədən ümumi parklanmaya səyyar metal mane quraşdırır ki, heç kəs onun "sevimli parklanma yerində” maşın saxlaya bilməsin. Təbii ki, Fərhad da həmin yerdə maşın saxlaya bilmirdi. Bu cür səyyar maneələr hərəkəti məhdudlaşdıraraq təhlükəsizlik qaydalarını pozur, binanın təxliyyə və istismarına maneçilik törədir. Binadakı bütün sakinlərin Mənzil İstismar İdarəsi, Fövqəladə Hallar Nazirliyi və polsə müraciətindən sonra, Mehdiyevlər metal maneəni yığışdırmağa məcbur olur. 

 


 

 

Bundan sonra Anar daha da aqressivləşir. Bir dəfə qaraja yüksək surətlə maşını ilə girərək Fərhadın qardaşı – Ruslan və ailəsini az qala vurur. Bununla yanaşı sərxoş vəziyyətdə dava etməyə də çalışır. Hadisə zamanı az yaşlılardan biri qorxusundan yıxılaraq yaralanır”, - zərərçəkmişin qohumu bildirir.  

 

Ağayevlər ailəsi Anar Mehdiyevin hərəkətlərindən dolayı polisə müraciət edərək, onu ailədən uzaqlaşdırmağa çalışırlar. Lakin zaman göstərdiyi kimi, polisə müraciət lazımi nəticələr vermir və dəhşətli hadisə baş verir...

 

"Mayın 20-də, şənbə gecəsi Fərhad ailəsilə birlikdə ziyafətdən qayıdır. Və həmişə olduğu kimi, parklanma yerində maşını saxlamağa çalışır. Lakin artıq orada Anarın maşını olur. Hərəkətlərindən bəlli olur ki, anar özündə deyildi. Görünürdü ki, Anar boş məkan olmasına baxmayaraq paklanma yerini boşaltmaq fikrində də deyildi.

 

Fərhad maşında ailə üzvlərinin təhlükəsizliyindən narahat olaraq təmkinin qoruyur. Qonşuları görən Anar da həmin yeri azad etməyə məcbur qalır. Lakin sakitləşməyərək Fərhadın maşınına yaxınlaşaraq onu söhbət etməyə çağırır. Fərhad ailə üzvlərini liftə yola salır.

 

Sonra baş verənlər əməlli-başlı kabusdur. Liftin qapıları bağlansa da, ailə üzvləri baş verəcəkləri hiss edirmiş kimi liftdə gözləyirlər. Bir neçə dəqiqədən sonra küt zərbələr və yerə yıxılan bədən səsi eşidirlər. Liftin qapılarını açıldıqda ailə üzvləri dəhşətli mənzərə ilə qarşılaşır:

 

Anar küt alətlə Fərhadın başına bir neçə zərbə endirdikdən sonra, onun hərəkətsiz bədəni yanında dayanır. Qardaşımın başından qan sel kimi axırdı. Fərhad boğulurdu. Yaxınlarının qışqırtı və kömək fəryadına baxmayaraq Anar heç bir  təəssüf hissi keçirmədən onlara deyir: İndi isə polisə də, 103-ə də zəng edə bilərsiniz”, –  bunları 1news.az-a zərərçəkmişin qardaşı Ruslan Ağayev bildirir.

 

Baş vermiş hadisələri qonşular da görür və yuxarıda baş verənləri təsdiqləyirlər.    

 

1news.az baş vermiş hadisəni Nəsimi rayon polis idarəsinə bəyan etdikdə, oradan bildirildi ki, Anar Mehdiyevə qarşı məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 126-cı ("Qəsdən sağlamlığa ağır zərər vurma”) maddəsi üzrə cinayət işi açılaraq istintaq müddətində 4 ay həbs cəzası verilib.  

 

Anar Mehdiyevin vəhşilikləri bununla bitmir. Polis idarəsində əməkdaşlara da ciddi bədən xəsarəti yetirir.

 

Öz növbəmizdə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məmurları və onların alələrini sadəliyə çağırıb. Əlbəttə ki, bu keçmiş məmurlara da aiddir. 2017-ci ilin iyulunda bununla bağlı dövlət başçısı dəfələrlə məmurları təvazökarlığa səsləyib:

 

"Bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır”.

 

Lakin görünür bir çox məmur və təminatlı ailələr Azərbaycan Prezidentinin sözlərini ciddi qəbul etmir və düşünürlər ki, pulları və vəzifələri hesabına hər şey edə bilərlər. Bax bu cür xəstə düşüncəli insanlar əmindirlər ki, Bakının mərkəzində, parklanaya görə hansısa yekəxana üç uşaq atasının başına zərbələr endirə bilər, sonra isə qohumlarının məzxərəyə qoya bilər.

 

Təəssüflər olsun ki, Fərhadın həyatı ilə mübarizə aparan həkimlər müsbət proqnozlar verə bilmir – onun vəziyyətini kritik ağır kimi dəyərləndirirlər. "Bu, necə ola bilər?” –  indi Fərhadın yaxınlarını sadəcə bu sual düşündürür. Ümid edirik ki, bu cür ağır cinayətin günahkarı tezliklə lazımı cəzasını alacaq və ədalət bərqərar olacaq.

 

1news.az hadisələrin gedişatını izləyərək oxucuları diqqətdə saxlayacaq.

 



ŞƏRH YAZ
Ad
E-mail
Şərh