ABŞ avtomobil idxalına rüsum tətbiq edə bilər

Avtoxəbər 24 May 2018 15:17 Oxunub 944
ABŞ avtomobil idxalına rüsum tətbiq edə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökumət idxal avtomobillərinin iqtisadi təhlükəsizliyə təsirini araşdırır

ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyə təsirinin araşdırılmasına göstəriş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, o, bu məsələni ABŞ-ın ticarət naziri Vilbur Rossa həvalə edib. “Ticarət naziri Vilbur Ross ilə avtomobil sənayemizin son vəziyyəti müzakirə etdik. Ona ABŞ-a idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyinə necə təsir etdiyinin incələnməsi tapşırığını verdim”, - deyə dövlət başçısı qeyd edib.

“Report”un analitik qrupu hesab edir ki, bu araşdırmanın yekununda ABŞ avtomobil idxalına təxminən 25% rüsum tətbiq edə bilər. Bu baş versə, D.Tramp Kanada, Meksika, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə bağlı ticarət münasibələrinə dair apardığı müzakirələrdə əlavə üstünlük qazanacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh