Ağstafada zəncirvari qəza

Avtoxəbər 24 May 2018 22:35 Oxunub 1822
Ağstafada zəncirvari qəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar var

Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

Belə ki, 2 "VAZ" və 1 "Priora" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər - 1959-cu il təvəllüdlü Sahibə İsmayıl qızı Rəhimova və onun 7-8 aylıq hamilə olan gəlini, 1988-ci il təvəllüdlü Elnurə Bəkir qızı Rəhimova, həmçinin digər avtomobildə olan rayonun Həsənsu kəndinin sakini, 1994-cü il təvəllüdlü Elvin Zahid oğlu Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qaynana, gəlinin və bətnindəki uşağın vəziyyəti qənaətbəxş, E.Mustafazadənin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Hamilə qadın əri və qayınanası ilə birgə yaxınlarıgilə qonaq gedərkən qəzaya düşüblər. 

Hər üç avtomobilin sürücüsü xəsarət almasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh